Fransa klubuna yeni oyunçu
15 Avqust 2026 15:01
“Milan” klubu müdafiəçisi Zakari Atekameni icarəyə verib.
Sportliqa.az xəbər verir ki, 21 yaşlı isveçrəli futbolçu karyerasını Fransanın “Lion” klubunda davam etdirəcək.
Bu haqda Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onunla 1 illik müqavilə imzalanıb. Razılaşmada satınalma hüququ nəzərdə tutulmayıb.