Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Türkiyənin Yalova şəhərində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.
Bu barədə Sportliqa.az-a Azərbaycan Stolüstü Tennis Federasiyasından bildirilib.
Türkiyə, Qazaxıstan, Rumıniya, Bolqarıstan və Estoniya idmançılarının da qatıldığı yarışda Vaqif Babayevlə Şakir Qədirov komanda yarışında ikinci, Banu İmanverdizadə ilə Sofiya Trofimenko üçüncü yeri tutub.
Şəxsi mübarizədə isə Vaqif Babayev və Şakir Qədirov (U-15) bürünc mukafat qazanıb.
Məşqçilər Billurə Eminova və Zakir Cavadovun rəhbərliyi ilə qardaş ölkəyə yollanan idmançılar avqustun 8-dən 14-dək Yalovada təşkil olunan beynəlxalq təlim-məşq toplanışında da iştirak ediblər.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az