
"Real Madrid" mövsümün sonunda müqaviləsi başa çatacaq Karlo Ançellottinin əvəzləyicisini axtarır.
Sportliqa.az xəbər verir ki, Madrid təmsilçisi bu postu keçmiş futbolçularından birinə həvalə etmək istəyir. Bu barədə AS nəşri məlumat tirajlayıb. Məlumata əsasən, masada Xabi Alonso, Alvaro Arbeloa və Raul Qonsalesin adları var.
Bu adlar arasında hazırda "Bayer Leverkuzen"in baş məşqçisi olan Xabi Alonso daha favoritdir. Alonsolu Leverkuzen klubu hazırda mövsümə məğlubiyyətsiz davam edir.
Arbeloa "Real Madrid"in U-19, Raul isə "kral klubu"nun əvəzedici komandasının baş məşqçisidir.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.