Liqa 1 klubundan yeni transfer
“Real”ın yetirməsi olan Xakobo Orteqanı “Strasburq” transfer edib.
Sportliqa.az xəbər verir ki, 20 yaşlı ispaniyalı hücumçu Fransa Liqa 1 klubuna keçib və 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.
“Marca”nın məlumatına görə, Madrid klubu bu transferdən 10 milyon avro qazanacaq. Bundan başqa, “Real” futbolçunun gələcək satışından 30 faiz pay əldə edəcək.