"Yuventus" Artur Melo ilə müqaviləyə xitam verib
21 Avqust 2026 15:47
"Yuventus" Artur Melounun komandadan ayrıldığını açıqlayıb.
Sportliqa.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflərin müqavilənin qarşılıqlı razılıq əsasında ləğv etdikləri bildirilib.
Brziliyalı yarımmüdafiəçi 2020-ci ildən "Yuventus"un üzvü idi. O, həmçinin "Barselona", "Liverpul" və "Fiorentina"da da çıxış edib.