Yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.
Sportliqa.az Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, yarışda dörd idmançı ilə təmsil olunan yığmanın bütün üzvləri medal qazanıblar.
Qərib Atababayev (55 kq), Raul Məlikzadə (60 kq) və Nihad Məlikli (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib olublar. Muhəmməd Səttarov (60 kq) isə turniri bürünc medalla başa vurub.
Millinin məşqçisi Orxan Səfərovun rəhbərliyi ilə yarışa qatılan yığma yekunda 3 qızıl və 1 bürünc olmaqla 4 mükafat qazanıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az