Azərbaycan ağırlıqqaldıranı Musab Məmmədtağıyev Kosovonun paytaxtı Priştina şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində 3 qızıl medal qazanıb.
Sportliqa.az xəbər verir ki, birdən qaldırma hərəkətində 124 kq çəkini başı üzərinə qaldıran idmançı fəxri kürsünün birinci pilləsinə qalxıb.
70 kq çəki dərəcəsində yarışan atlet təkanla qaldırma növündə 145 kq ağırlığın öhdəsindən gələrək yenə qızıl medala yiyələnib.
Beləliklə, iki hərəkətin cəmində 269 kq nəticə göstərən Musab Məmmədtağıyev toplamda Avropa birinciliyinin qızıl medalına sahib olub.
O, ikinci yerin sahibi Hayk Movsisyanı 17 kq qabaqlayıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az