
"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali mərc oyunlarından asılı haldadır.
Sportliqa.az xəbər verir ki, bu barədə "Corriere delle Sport" nəşri məlumat yayıb. İtaliya millisinin düşərgəsindən mərc oyunlarında iştirak etdiyi üçün kənarlaşdırılan futbolçu müalicə olunacaq. Onun qumardan asılılığının qarşısını almaq üçün bu addım atılıb.
Sandro Tonali ilə yanaşı, Nikolo Zaniolo da millinin düşərgəsindən mərc oyunlarında iştirak etdiyi üçün uzaqlaşdırılmışdı.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.