Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat alıb
FIFA hakimi Əliyar Ağayev növbəti təyinat alıb. O, UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Rakuv” (Polşa) – “Hayduk Split” (Xorvatiya) qarşılaşmasının baş hakimi olacaq.
Sportliqa.az xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
İngiltərəli Piter Benks VAR, digər referimiz İnqilab Məmmədov isə VAR köməkçisi kimi fəaliyyət göstərəcək.
Görüş avqustun 27-si Çenstoxova şəhərində yerləşən “Rakuv” stadionunda keçiriləcək.