Adama Traorenin yeni klubu
İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Adama Traorenin yeni klubu bəlli olub.
Sportliqa.az xəbər verir ki, 30 yaşlı hücumçu azad agent kimi "Deportivo"ya keçib. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Qeyd edək ki, son klubu "Vest Hem" olan Traore daha əvvəl “Barselona”, “Vulverhempton”, “Middlsbro”, “Aston Villa” və “Fulhem”də də çıxış edib.