Bu gün Misli Premyer Liqasında 4-cü tura start veriləcək.
Sportliqa.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə 3 oyundur qol vura bilməyən və 1 xalla 10-cu yerdə olan "Qəbələ" 6-cı pillədə qərarlaşan "İmişli"ni qəbul edəcək.
Digər görüşdə isə 9-cu yerdə qərarlaşan "Şamaxı" Gəncədə 7-ci yerin sahibi "Kəpəz"in qonağı olacaq.
Turun qalan oyunları sentyabrın 5-6-da keçiriləcək.
4 sentyabr (cümə)
Misli Premyer Liqası, 4-cü tur
18:00.“Qəbələ” – “İmişli”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Qəbələ şəhər stadionu
20:15.“Kəpəz” – “Şamaxı”
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: Nicat İsmayıllı
AVAR: Teymur Teymurov
Gəncə şəhər stadionu
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az