“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən “Slaviya” futbolçusu Denis Halinskini icarəyə göndərib.
Sportliqa.az xəbər verir ki, bu haqda Praqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı mərkəz müdafiəçisi “Pardubitse”yə keçib. Onunla 6 aylıq müqavilə imzalanıb. Müqavilədə futbolçunun sonradan transfer edilməsi ilə bağlı satınalma bəndi yer almayıb.
Qeyd edək ki, “Sabah”- “Slaviya” oyunu oktyabrın 13-də Bakıda keçiriləcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az