Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, D Liqasının 2-ci qrupunda yer alan Ayxan Abbasovun komandası 2-ci turda Lixtenşteynlə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma yerli vaxtla saat 20:00-da başlayıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
Millimiz turnirdə ilk oyununda səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib. Lixtenşteyn isə ilk turda öz meydanında Litvaya 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, hazırda FİFA-nın reytinqində Azərbaycan millisi 125-ci, Lixtenşteyn isə 206-cı yeri tutur.
1 oktyabr
20:00. Azərbaycan - Lixtenşteyn - 0:0
Baş hakim: Kristian-Petru Çoçirk
Tofiq Bəhramov adına Respublika sadionu
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az