![Xəzərin sahilində](https://sportliqa.az/upload/news/3486/770x552/WhatsApp-Image-2024-07-23-at-18.33.14.jpeg)
Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti təyinat alıb.
Sportliqa.az AFFA-ya istinadən xəbər verir ki, Səmədli futzal üzrə Çempionlar Liqasının 6-cı qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Bu qrupda “Gentofte” (Danimarka), “Riqa” (Latviya), “Radnik Bijeljina” (Bosniya və Herseqovina) və “Plzen” (Çexiya) komandaları mübarizə aparacaq.
Oyunlar oktyabrın 25-dən 28-dək Çexiyada təşkil olunacaq.