Yayda Səudiyyə Ərəbistanından gələn təklifləri rədd edən Çiro İmmobile qərarını dəyişib.
Sportliqa.az xəbər verir ki, "Latsio"nun hücumçusu qışda komandadan ayrılmaq niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
33 yaşlı forvard artıq qərarını qətiləşdirib və yanvar ayında paytaxt təmsilçisini tərk edəcək.
Qeyd edək ki, Çiro İmmobile cari mövsümdə "Latsio"nun heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol vurub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az