"Qızıl top"u kimin qazanacağı açıqlandı
17 Oktyabr 2023 16:17
Bu il "Qızıl top"u kimin qazanacağı ilə bağlı iddialar yayılıb.
Sportal.az xəbər verir ki, mükafatı "İnter Mayami"nin hücumçusu Lionel Messinin qazanacağı gözlənilir. Bu barədə "Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, Lionel Messi ötən il Argentina milli komandası ilə dünya çempionluğu qazanıb.