Argentina millisinin hücumçusu Lionel Messi yeni rekorda imza atıb.
Sportliqa.az xəbər verir ki, 36 yaşlı futbolçu buna Dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Peru ilə matçında (2:0) nail olub.
Qarşılaşmada dubl edən "İnter Mayami"nin forvardı turnirdə rekord müəyyənləşdirib. Qollarının sayını 31-ə çatdıran Messi Cənubi Amerika zonası üzrə seçmə mərhələ oyunlarında ən çox fərqlənən futbolçu olub. O, 29 qol vuran Luis Suaresin rekordunu yeniləyib.