
Azərbaycan Basketbol Liqasında (ABL) 2023/24 -cü illər mövsümündən etibarən Sumqayıt şəhərini "Sumqayıt" basketbol klubu təmsil edəcək.
Sportliqa.az xəbər verir ki, yeni yaranmış "Sumqayıt" BK öz ev oyunlarını təmirdən çıxmış Sumqayıt Olimpiya İdman Kompleksinin zalında keçirəcək.
Qeyd edək ki, yeni mövsüm öncəsi kompleksdə əsaslı təmir işləri görülüb və yekun tamamlanma işləri bitdikdən sonra arena "Sumqayıt" klubunun istifadəsinə veriləcək
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması