“Yuventus”un müdafiəçisi Nikolo Faqioli qumar oynadığına görə 7 aylıq diskvalifikasiyaya məruz qalıb. Sportliqa.az xəbər verir ki, 22 yaşlı futbolçu qumara başlaması barədə açıqlama verib:
"Gecələr yatmağı dayandırmışdım. Zaman keçdikcə borclarım, məni daha da çıxılmaz duruma salırdı. Borcum daha da artırdı və mən sadəcə toparlanmağa çalışmaq üçün oynadığımı düşündüm.
Borcları qaytarmasam, ayaqlarımı qıracaqlarını dedilər. Amma borcum o qədər idi ki, kuponlarım qazansaydı belə, əlimə heç gəlməyəcəkdi. Hamısı mərc kontorlarına borclarımı azaltmaq üçün gedəcəkdi.
U-21 millisinin təlim-məşq toplanışında idik və yaxın dostum Sandro Tonali qeyri-qanuni saytda oynamağımı tövsiyə etdi. Onu oynayarkən gördüm və nə edəcəyini soruşdum. O, mənə də oynaya biləcəyimi, mərc izinin qalmadığını dedi. Həmin qeyri-qanuni saytda mənə hesab yaratdı. İlk kuponlarda tennis oyunlarını yazırdım, daha sonra isə futbola keçdim. Qanunsuz saytlarda mərc oynadım. Birinin adının "Betart", digərinin isə "Icebet" olduğunu xatırlayıram, başqaları da var idi, amma adlarını xatırlamıram, çünki hər ay adlarını dəyişirdilər.
Əvvəlcə mərc oynayarsınız, çünki çox çox vaxtınız var, səhərlər məşqdə olurduq, daha sonra boş vaxt olurdu və sıxılmamaq, həyəcan yaşamaq üçün oynamaq istəyirdi insan. Futbol oyunlarına, qumara və tennisə mərc edirdim. 2021-ci ilin yayında Tirreniyada aşağı yaş qruplarından ibarət millidə olarkən başladım. Digər insanlar da bunu edirdi. Bu saytların qanuni olub-olmadığını sorğu-sual etmədim. Mənim üçün qanuni saytla, qanunsuz sayt arasındakı fərq, qanunsuz saytda nağd pul olmadan kreditlə oynamağın mümkün olması idi. Əyləncəli idi. Əvvəlcə bir il boyunca tennis oynadım, daha sonra Torinoya gəldiyim 2022-ci il yanvarından etibarən çoxlu borclarıma görə stress içində idim və o ilin sentyabr ayından etibarən futbola oyunlarına da pul qoyuluşu etməyə başladım və böyük məbləğlər itirməyə başladım.
"Yuventus" hər zaman bizə uşaqlıqdan mərc oyunlarında iştirakımızın qanunsuz olduğunu diqqətimizə çatdırıb. Həm milli, həm də beynəlxalq oyunlara mərc oynadım, amma heç vaxt "Kremoneze" və ya "Yuventus"un matçlarına pul qoyuluşu etmədim.
Futbol oyunlarını seyr edərkən tez-tez kupon yazmaq alışqanlığım var idi. Bir dəfə Milan'ın qələbəsinə və heç-heçəsinə oynamışdım. Oyun isə "Torino"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşdı. Buna görə də pul uduzdum. Bundan əlavə, "Portu" - "Atletiko Madrid" və "Real Madrid" - "İnter" arasında Çempionlar Liqasında keçirilmiş oyunlara 3 və ya 4 qol vuracaqlarını mərc etmişdim. Kupon yazdığım sayt qanunsuz "Betart" platforması idi.
2022-ci il sentyabrında 250 min avroya yaxın borcum var idi. Qeyri-qanuni saytlar borcları ödəməyim üçün təzyiq etməyə başlamışdı. Ara-sıra bu məbləğlərin ən azı bir hissəsini geri ödəmək üçün Milandakı zərgərdən dəyərli qızıl saatlar alırdım. Ödəməni bank köçürməsi ilə edirdim. Bəzən saatları özüm təhvil verirdim edirdim, bəzən də platformların sahibləri zərgərdən özləri təhvil alırdı.
2022-ci il sentyabrdan sonrakı dövrdə futbol daxil olmaqla izlədiyim hər idman müsabqəsində mərc edirdim. Seriya A, Seriya B və aşağı liqalara da mərc edirdim. O qədər çox yazırdım ki və hətta eyni vaxtda bir neçə oyun üzərinə mərc edirdim ki, hamısını xatırlamaq mümkün deyil. Kuponlarım haqqında "Yuventus"da heç kimə danışmırdım - nə idarəçilər, nə də futbolçulara, çünki kiməsə güvənmirdim.
Qumar borclarımı ödəmək istəyirdim. Buna görə bəzi dostlarımdan borc istədim. Komanda yoldaşım Qattidən qızıl saat almaq üçün 40 min avro aldım və söylədim ki, anamın bank hesabına blok qoyulub, o da verdi. Hələ də onun borcunu qaytarmamışam və indi də pulunu istəyir. "Cenoa"da oynayan Dragusin və Piaçensadan və digər dostlarımdan da pul almışam. Yenə məbləğ 40 min avro idi. Qanunsuz saytlara olan borcları qaytarmaq üçün qızıl saatlar alırdım.
Açıq şəkildə demək istəyirəm ki, bütün dostlarımdan aldığım borcları qaytarmaq niyyətindəyəm. Ümumi borcum 3 milyon avro civarındadır. Bunların çoxu qanunsuz platformalara olan borcumdur - "betarbet", "specialbetbet", "bullbet23com" və.s.
Ən pis dövrüm bu ilin mart və aprel ayları idi. O qədər stresli idim ki, "Sassuolo" - "Yuventus" matçında texniki səhv etdim və oyundan çıxarıldım. Meydandan çıxan kimi göz yaşları axıtdım, yadıma mərc kontorlarına olan borcum yadıma düşdü. Kameralar qarşısında göz yaşları axıdırdım.
Qumar oynamağı dayandırdığımı və müalicə almağa başladığımı açıq şəkildə bildirmək istəyirəm".
Futbolçunun agenti qumar asılılığından əziyyət çəkən Nikolonun müalicəyə başlayacağını açıqlayıb.