
Azərbaycanın FIFA referisi Elçin Məsiyevin 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində idarə edəcəyi oyunlar məlum olub.
Sportal.az xəbər verir ki, referi II turda İtaliya - Şimali İrlandiya, III turda isə Yunanıstan - İtaliya oyununda idarəçilik edəcək. Ona digər azərbaycanlı hakim Vüsal Məmmədov yan xətt hakimi qismində kömək edəcək.
Matçlar 28 və 31 oktyabrda olacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması