
"NTD-İndiqo" basketbol komandasının yeni mövsüm ərəfəsində təqdimat mərasimi keçiriləcək.
Sportliqa.az xəbər verir ki, Xaçmaz klubu bununla bağlı oktyabrın 20-də Azərbaycan Texniki Universitetinin idman zalında tədbir təşkil edəcək.
Saat 16:00-da başlayacaq mərasimdə klubun yeni formaları, transfer etdiyi basketbolçular və qarşıdakı planlar idman ictimaiyyətinə təqdim olunacaq.
Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümünə oktyabrın 22-də start veriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması