Musa Qurbanlı start heyətdə
22 Oktyabr 2023 17:15
İsveç çempionatında 27-ci turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" doğma meydanda "Hammarbü"nü qəbul edir.
Komandaların bu matçda meydana çıxacağı start heyətlər məlum olub. Musa qarşılaşmaya ilk "11-lik"də çıxacaq.
Qeyd edək ki, "Yurqorden" - "Hammarbü" görüşü Bakı vaxtilə saat 17:00-da başlayacaq.