“Sabah” Basketbol Klubu heyətini daha bir oyunçu ilə gücləndirib.
Sportliqa.az xəbər verir ki, birinci mövqedə çıxış edən 28 yaşlı amerikalı basketbolçu Kollin Törner oyun qrafikinin sıxlığı nəzərə alınaraq bu komandanın sıralarına cəlb olunub.
23 nömrə altında çıxış edəcək müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Ötən mövsüm Azərbaycan Basketbol Liqasında çıxış edən Törner daha öncə Gürcüstanda legioner həyatı yaşayıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az