"Qəbələ" Macarıstan səfərində
25 Oktyabr 2023 15:20
Bu gün “Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.
Sportliqa.az xəbər verir ki, "qırmızı-qaralar" I mərhələnin cavab matçında Macarıstanın “Puşkaş Akademiya” klubunun qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüşü Norveçdən olan Məhəmməd Usman Aslam idarə edəcək.
Qeyd edək ki, tərəflər arasında Qəbələ şəhər stadionunda gerçəkləşən ilk oyun 1:1 hesabı ilə başa çatıb.