
UEFA Gənclər Liqasında mübarizə aparan "Qəbələ"nin U-19 komandası ikinci oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, "qırmızı-qaralar" cavab matçı çərçivəsində Macarıstanda "Puşkaş Akademiya"nın qonağı olub. Qarşılaşma Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk görüş 1:1 hesablı bərabərliklə başa çatdığı üçün Famil Xəlilovun yetirmələrə növbəti raunda yüksəlib.
"Qəbələ" növbəti mərhələdə "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelinin qalibi ilə qarşılaşacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması