
“Sumqayıt”ın müdafiəçisi İsa Suliman əməliyyat olunub.
Sportliqa.az xəbər verir ki, Premyer Liqanın 10-cu turunun “Sabah”la oyununda zədələnən pakistanlı futbolçuya medial menisk yırtığı diaqnozu qoyulub.
Türkiyənin paytaxtı Ankara şəhərindəki “Acıbadem” xəstəxanasında tanınmış cərrah Prof.Dr. Mehmet Serdar Binnet tərəfindən aparılan əməliyyat uğurlu keçib.
Artıq bu gün Sumqayıta dönəcək müdafiəçinin reabilitasiyasına burada davam ediləcək. Onun ən gec iki ay ərzində yenidən tam gücü ilə çalışmalara başlayacağı gözlənilir.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması