“Turan Tovuz” “Fənərbağça” ilə qarşılaşır
Bu gün “Turan Tovuz”la Türkiyənin “Fənərbağça” komandaları arasında yoldaşlıq oyunu keçirəcək.
Sportliqa.az xəbər verir ki, qarşılaşma Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Matç saat 20:00-da başlayacaq.
Oyunda milli komandalara dəvət alan futbolçular iştirak etməyəcəklər.
Xatırladaq ki, “Turan”la “Fənərbağça” ilk dəfə 1994-cü ildə o vaxt UEFA kuboku adlanan yarışda üz-üzə gəliblər. İstanbuldakı ilk matç 5:0, Sumqayıtdakı cavab oyunu isə 2:0 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb.
3 oktyabr
20:00. “Turan Tovuz” (Azərbaycan) – “Fənərbağça” (Türkiyə)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.