“Qəbələ” heyətinə yeni futbolçu qatıb.
Sportliqa.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi albaniyalı Endri Çekiçi ilə 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə imzalayıb.
29 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerası ərzində “Dinamo” (Zaqreb), “Olimpiya” (Lyublyana), “Ankaragücü”, “Konyaspor”, “Pendikspor”, “Adanaspor” kimi klublarda çıxış edib. O, son olaraq İraqın “Zakho” komandasının şərəfini qoruyub.
Çekiçi Albaniya millisində 11 oyunda meydana çıxıb və 1 qol vurub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az