
"Liverpul"un vingeri Luis Diasın qeyri-adi hadisə ilə gündəmə düşüb.
Sportliqa.az xəbər verir ki, kolumbiyalı futbolçunun valideynləri qaçırılıb. Onun atası Luis Manuel Dias və anası Silenis Marulanda Kolumbiyada Quaxiranın Barrankas bölgəsində qaçırılıblar. Onların silahlı şəxslər tərəfindən qaçırıldığı bildirilir. Hadisədən sonra polislər hər iki şəxsi xilas etmək üçün əməliyyata başlayıblar.
Son əməliyyatlardan sonra futbolçunun anası xilas edilib. Diasın atası hələ də silahlı şəxslərdədir.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması