“Real”ın hücumçusu Kilian Mbappe 2025/2026 mövsümünün yekunlarına əsasən Avropanın ən yaxşı futbolçusu seçilib.
Sportliqa.az xəbər verir ki, Fransa nəşri “Onze Mondial” 27 yaşlı futbolçunu oxucuların səsverməsinin nəticələrinə əsasən “Onze d’Or” mükafatına layiq görüb.
Beləliklə, Mbappe bu mükafatı ilk dəfə qazanıb. O, əvvəllər üç dəfə səsvermədə üçüncü yeri tutub.