"Mançester Yunayted" qış transfer pəncərəsi üçün plan cızır.
Sportliqa.az xəbər verir ki, "qırmızı şeytanlar" "Bayern Münhen"dən Tomas Mülleri transfer etmək istəyir. Bu barədə "Bild" məlumat yayıb. Məlumatda Erik ten Haqın 34 yaşlı futbolçunun oyununa vurğun olduğu qeyd edilib.
Əgər Müller "Bayern Münhen" ilə müqaviləni uzatmaqla bağlı razılaşmasa, bu keçid üçün "yaşıl işıq" yana bilər. Lakin təcrübəli simanın ilk seçimi doğma komandasında qalmaqdır.
2009-cu ildə "Bayern"də çıxış edən Müller bu müddət ərzində 680 oyun keçirib, 237 qol vurub, 261 məhsuldar ötürmə edib.