İngiltərənin "Suonsi" klubu heyətini gücləndirib.
Sportliqa.az xəbər verir ki, Çempionşip təmsilçisi ötən mövsüm Türkiyənin "Çaykur Rizəspor" klubunda çıxış etmiş Yannik Bolasieni rənglərinə bağlayıb. 34 yaşlı hücumameyilli futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Bolasi ötən mövsüm keçirdiyi 28 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib. Konqolu vinger İngiltərədə "Kristal Pelas", "Everton", "Midlzbro" kimi klublarda oynayıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az