"Yuventus"un hücumçusu Kənan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportliqa.az xəbər verir ki, "Arsenal" və "Liverpul" 18 yaşlı futbolçu ilə maraqlanırlar. Turin təmsilçisi bu keçiddən bir qədər çox maddi qazanc gözləyir. "Qoca sinyora" türkiyəli oyunçunu ən aşağısı 30 milyon avroya satmaq fikrindədir. Lakin Premyer Liqa klublarının gənc hücumçu üçün bu məbləği ödəyib-ödəməyəcəyi qeyri-müəyyəndir.
"Yuventus"da bu mövsüm 5 oyun keçirən Kənanın klubla 2027-ci ilin yayına qədər müqaviləsi var.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az