Azərbaycan millisinin yeni baş məşqçisi bu il müəyyənləşməyəcək.
İlin sonuna qədər AFFA İcraiyyə Komitəsinin növbəti də bir araya gələcək və namizəd məşqçilərin siyahısı hazırlanacaq. İclasda İşçi Qrupunun tərkibi də müəyyənləşəcək.
Mənbənin verdiyi məlumata görə, AFFA yeni baş məşqçinin təyinatını 2024-cü ilin aprelinə qədər uzadacaq. Ölkənin ali futbol qurumunda keçiriləcək prezident seçkisindən sonra milli komandaya baş məşqçi təyinatı rəsmiləşəcək. Azərbaycan millisini martda keçiriləcək beynəlxalq yoldaşlıq oyunlarına keçmiş baş məşqçi Canni De Byazinin köməkçisi olmuş Arif Əsədov çıxacaraq.
Elsevər Muradzadə