AFFA İcraiyyə Komitəsinin sonuncu fövqəladə iclasında Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd məşqçilərin müəyyən edilməsi üçün xüsusi İşçi Qrupunun yaradılması barədə qərar qəbul edilmişdi.
Sportliqa.az AFFA-ya istinadən xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayevin müvafiq əmri ilə İşçi Qrupunun tərkibi müəyyənləşib.
AFFA-nın vitse-prezidenti Elşad Nəsirov İşçi Qrupunun sədri, Vaqif Sadıqov (vitse-prezident), Zaur Axundov (İcraiyyə Komitəsinin üzvü), Sərxan Hacıyev (Baş katib), Elxan Səmədov (PFL-in prezidenti) və Fikrət Hüseynov (AGİN Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri) üzv təyin edilib.Bu gün İşçi Qrupun tam tərkibdə ilk onlayn iclası keçirilib. İclasda ümumi fikir mübadiləsi aparılıb.