Futzal üzrə DÇ-2024-ün elit-raundunda dekabrın 20-də Niderlandla qarşılaşacaq Azərbaycan yığma komandasının heyətində dəyişiklik edilib.
Sportliqa.az Azərbaycan Futzal Federasiyasının saytına istinadə xəbər verir ki, baş məşqçi Vitali Borisov Emil Həsənzadəni və Rumıniya ilə görüşdə zədələnən Amadeunu səfər aparmayacaq. Əvəzində “Neftçi” İK-dan Mirzə Əmirov və karyerasını Belçikanın RSCA klubunda davam etdirən Eduardo Borges milliyə qoşulacaq.
Millinin Niderlandla oyun üçün heyəti
Qapıçılar: Rövşən Hüseynli, Emin Kürdov
Oyunçular: Ülvi Əliyev, Rafael Vilela, Nihad İsmayılov, Eduardo Borges, Fərid Atakişiyev, Xəzər Ağalızadə, Novruz Kazıxanov, Amir Sojaei, Oktay Rüstəmli, Hadi Ahmadi, Tofiq Mikayılov, Mirzə Əmirov