AFFA Şenol Günəşdən sonra daha bir türkiyəli məşqçiyə dəvət göndərib.
Sportliqa.az xəbər verir ki, bu haqda ”Sportinfo TV”nin aparıcı-eksperti Elçin Cəfərov məlumat verib.
Tanınmış yazar millinin baş məşqçi postuna namizəd olan daha bir çalışdırıcının adını açıqlayıb:
”AFFA Kenan Koçaka dəvət göndərilib. Türkiyə millisində bundan əvvəl Ştefan Kuntzun köməkçisi kimi fəaliyyət göstərən məşqçi uzun illərdir Almaniyada yaşayır. Bir sıra aşağı yaş kateqoriyalarda, Bundesliqa təmsilçilərində önəmli vəzifələr tutub. Kənan Koçaka da bu post təklif olunub”.