İngiltərənin "Brentford" klubu Türkiyə U-21 millisinin üzvü Yunus Emre Konakı heyətinə qatıb.
Sportliqa.az xəbər verir ki, 18 yaşı bu il yanvarın 10-da tamam olan dayaq yarımmüdafiəçisi ilə 4,5 illik müqavilə imzalanıb.
Bildirək ki, Yunus Emre Konak "Sivasspor"un yetirməsidir. O, 2023/24 mövsümündən əsas komandada çıxış etməyə başlayıb. Hazırkı mövsüm Superliqada 17 oyunda meydana çıxan gənc futbolçu 1 qolun ötürməsini edib.