“Liverpul” klubunun vingeri Məhəmməd Salah Mersisayd təmsilçisi ilə yeni müqavilə imzalayacaq.
Sportliqa.az xəbər verir ki, misirli futbolçu mersisaydlılarla yeni müqavilənin şərtlərini praktiki olaraq razılaşdırıb.
Salah 2017-ci ildə “Roma”dan “Liverpul”a keçib. O, bu mövsüm İngiltərə komandasının heyətində bütün turnirlərdə 27 oyun keçirib, 17 qol vurub və 9 məhsuldar ötürmə edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.