Yanvar ayının sonunda Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunlarına start veriləcək.
Sportliqa.az xəbər verir ki, bir neçə gün əvvəl matçlardan birinin Xankəndi şəhər stadionunda keçirilə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Lakin bu baş tutmaya bilər.
Pressing.az-a daxil olan informasiyaya görə, soyuq hava şəraitinə görə Xankəndidə oyun keçirilməsi məqbul sayılmayıb.
Həmin qarşılaşmanın isə "Sabah" - "Qarabağ" matçı ola biləcəyi gözlənilirdi.
Xatırladaq ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - "Sabah" matçı Xankəndi şəhər stadionunda keçirilib.