
"Tottenhem" klubunun müdafiəçisi Serxio Reqilon "Brentford"a keçməyə yaxındır.
Sportliqa.az xəbər verir ki, ispaniyalı futbolçu mövsümün sonuna kimi "Brenford"da icarə əsasında çıxış edəcək. Hazırda müqavilə son mərhələdədir.
Bu mövsüm Reqilon icarə əsasında "Mançester Yunayted"də çıxış edib. Müdafiəçi "qırmızı şeytanlar"ın heyətində bütün turnirlərdə 12 matçda iştirak edib. Onun “Tottenhem”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.