Reqilon iş yerini dəyişir
18 Yanvar 2024 10:08
“Tottenhem” klubunun müdafiəçisi Serxio Reqilon “Brentford”a keçməyə yaxındır.
Sportliqa.az xəbər verir ki, ispaniyalı futbolçu mövsümün sonuna kimi “Brenford”da icarə əsasında çıxış edəcək. Hazırda danışıqlar son mərhələdədir.
Reqilon bu mövsüm icarə əsasında “Mançester Yunayted”də çıxış edib.