“Tottenhem” klubunun kapitanı Son Hın Min ardıcıl 7-ci dəfə Asiyada ilin futbolçusu ünvanına sahib olub.
Sportliqa.az xəbər verir ki, 31 yaşlı hücumçu hamıdan çox səs toplayaraq, 2023-cü ilin oyunçusu adına layiq görülüb.
Təcrübəli oyunçu ümumilikdə 9-cu dəfə bu fərdi mükafatı qazanıb. Respondentlərin 22,9 faiz səsini toplayan Son Hın Min 19,5 faiz səs yığan “Bayern”dəki (Almaniya) həmyerlisi Kim Min Ceni qabaqlayıb.