
"Liverpul" klubunun idman direktoru Yorq Şmadtkenin qış transfer pəncərəsi bağlandıqdan sonra vəzifəsini tərk edəcəyini açıqlayıb.
Sportliqa.az xəbər verir ki, Şmadtke ötən ilin iyunundan Mersisayd təmsilçisi idman direktoru vəzifəsini icra edib. Onun rəhbərliyi altında klub "Leyptsiq"dən yarımmüdafiəçi Dominik Szoboszlai, "Bavariya"dan Rayan Qravenberç və "Ştutqart"dan Vataru Endonu alıb.
Bu mövsüm İngiltərə Premyer Liqasının 21 turundan sonra "Liverpul" 1-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, baş məşqçi Yurgen Klopp da bu mövsümün sonunda klubdan ayrılacağını bildirib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması