Futzal üzrə Yüksək Liqada 10-cu turdan qalmış bir oyun keçiriləcək.
Sportliqa.az xəbər verir ki, “Baku Fire” – “Record” matçı fevralın 4-də “Olimpik Star”da baş tutacaq. Görüş saat 16:00-da başlayacaq.
Ötən il dekabrın 7-də keçirilməli olan görüş “Baku Fire” komandasının protokolu təyin olunan vaxtda göndərməməsi üzündən baş tutmamışdı. AFFA İntizam Komitəsi oyunun keçirilməsi barədə qərar qəbul etmişdi.
“Baku Fire” – “Record club”
Hakimlər: Knyaz Əmiraslanov, Vüsal Balaşov, Məmmədəli Kərimov
Hakim-inspektor: Azad Hüseynov
4 fevral. Olimpik Star. Saat 16:00.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az