![Gimnastlara qarşı zorakılıqda ittiham olunan nazir müavini Mariana Vasilyeva işdən çıxarılıb](https://sportliqa.az/upload/news/3944/770x552/WhatsApp-Image-2025-01-17-at-13.46.53.jpeg)
İngiltərənin "Tottenhem" klubu yeni transferini reallaşdırıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. London təmsilçisi "Yurqorden"dən Lukas Berqvallı transfer edib. 17 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb. "Tottenhem" futbolçuya görə "Yurqorden"ə 10 milyon avro təzminat ödəyib.
Lukas cari mövsüm başa çatdıqdan sonra yeni komandasına qoşulacaq.
Daha əvvəl oyunçunun "Barselona"ya keçməyə yaxın olduğu bildirilirdi. Lakin "Tottenhem" onu müqavilə imzalamağa razı sala bilib.
Qeyd edək ki, Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı "Yurqorden"in formasını geyinir.