“Qarabağ”ın hücumçusu Juninyo Portuqaliya mətbuatına danışıb.
Sportliqa.az xəbər verir ki, “O Jogo”ya danışan Ağdam klubunun braziliyalı futbolçusu Azərbaycana adaptasiya dövründən söhbət açıb:
“Qarabağ”a Çempionlar Liqasında oynamaq üçün gəlmişəm. Bəli, bu turnirin qrup mərhələsinə düşə bilməmişik, amma Avropa Liqasında oynayırıq. Özümü yaxşı hiss edirəm. Bu mövsüm kifayət qədər uğurlu çıxış edirəm. Mənim oyun tərzim komandaya və baş məşqçiyə uyğundur. Azərbaycana tez uyğunlaşa bildim. Səninlə yaxşı rəftar edildikdə ora aid olmağın asandır. Riçard Almeyda mənə çox kömək etdi. O, uzun illərdir ki, burada yaşayır. Mən ona minnətdaram. Qrup mərhələsini yaxşı keçirdik. Bu mənim üçün yeni bir şey idi. İnanılmaz təcrübə idi. Qarşıda bizi "Braqa" ilə pley-off oyunları gözləyir. Düşünürəm ki, həm bizim, həm də Portuqaliya klubu üçün çox çətin olacaq. Bu komanda çox yaxşı oynaya bilir. Amma yolumuza davam etmək üçün oyunumuz haqqında daha çox düşünəcəyik".