Ukrayna Premyer Liqasının 9-cu turunda “Polissya”ya 1:3 hesabı ilə uduzan “Dinamo”nun baş məşqçisi İqor Kostyuk istefaya göndərilib.
Sportliqa.az xəbər verir ki, bu barədə Kiyev təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandanı Ukrayna çempionatının növbəti matçlarına baş məşqçi əvəzi kimi Matsey Kendzyorek hazırlayacaq.