Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Maltada keçiriləcək UEFA İnkişaf Turnirində iştirak edəcək.
Sportliqa.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bakıda təlim-məşq toplanışını başa vuran komanda oktyabrın 19-27-si aralığında üç oyuna çıxacaq.
U-15 ilk oyununu oktyabrın 21-də Latviya yığmasına qarşı keçirəcək. Saat 12:00-da başlayacaq görüş “Sentineri” stadionunda təşkil olunacaq.
Komanda oktyabrın 23-də, saat 15:30-da Malta, 26-da isə eyni saatda Litva yığması ilə qarşılaşacaq. Hər üç oyun “Sentineri” stadionunda keçiriləcək.