Tomas Parti mövsümün sonunda "Arsenal" klubundan ayrılacaq.
Sportliqa.az xəbər verir ki, London klubunun tez-tez zədələnən futbolçunu yayda satacağı bildirilib. Qanalı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada cəmi 4 oyun keçirib. Oktyabrda zədələnən futbolçu hələ də sıraya qoşulmayıb.
Qeyd edək ki, Tomas Partinin “Arsenal”la müqaviləsi 2025-ci ilin yayında başa çatır. O, 2020-ci ildə "Atletiko"dan böyük ümidlərlə və 45 milyon avroya transfer edilmişdi.